Elməddin Cəfərov: "Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim"

Elməddin Cəfərov:
Aktyor Elməddin Cəfərov bir zamanların məşhur şousu “Tək səbir”in dağılmasından dnaışıb. 
Yenilik.az xəbər verir ki, bu haqda aktyor "Düzünə qalsa" verilişində açıqlama verib. Sənətçi yaşadığı həyatı sosial şəbəkədə nümayiş etdirənləri tənqid edib:
"Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur... Camaata niyə travma verirsən? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkir olmayanlara".
Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışıb:
"Heydər Əliyev Sarayında konsert verirdik, bütün biletlər satılırdı, hətta pilləkənlərdə adamlar da otururdu. Əvəzində 75 dollar - 60 manat pul alırdıq. 20-30 min pul qalırdı, Fərda ilə mən 60 manat alırdıq. Gerisini siz düşünün ki, o biri yoldaşlarımız nə qədər alırdı. Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı. Nə möcüzə idisə, hər dəfə də pul oğurlanırdı. Pul necə oğurlanırdı? Pulqabından... Amma pul kisədə olurdu. Maraqlı gəlirdi ki, axı 30 min pulqabına necə sığırdı? Desəydilər ki, kisə oğurlanıb, hə. Amma pulqabı niyə?  Bu kimi nüanslar var idi. Biz 5 gün konsert verib pulsuz qayıdırdıq, Bakıda hansı yarım saatlıq tədbirdən o pulu çıxarırdıq. Hamımız evlənmişdik, ailəmiz, kirayə haqqımız var idi. Yoxsa biz pul dalınca deyildik. Ailəm, 1 yaşlı uşağımla necə kirayədə qalım? Mən onlardan maşın, ev almaq pulu istəmirdim ki, işlədiyim maaşımı istəyirdim. Sonda da 3-4 ayın maaşı batdı, ondan sonra da hamı dağılıb getdi. Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim, onda ilk dəfə məcbur olub toya getdim".
Geri qayıt