Aygün Bəylər xəstəliyindən danışdı

Aygün Bəylər xəstəliyindən danışdı Əməkdar artist Aygün Bəylər xəstəliyindən danışıb. 
Yenilik.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən xanəndə bu haqda "Günaydın, Azərbaycan"da bəhs edib. O? bildirib ki, xəstəliyindən 1 il əvvəl xəbər tutub:
"Sənət üçün doğulmuşuq. Bizim də işimiz sağlam, xəstə, hər kəsin könlünü oxşayaq. Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imtahanı, qismətidir. Hər şeyimi sənətə bəxş etmişəm: sağlamlığımı, var-dövlətimi, qazandığım pulları. Mənim üçün xalqın alqışı önəmlidir. Bu xəstəliyi Allah verdi ki, göstərsin xalqın duaları ilə səni həyata qaytardım. Yaşamaq çox çətindir. O ki qaldı sənətçi üçün. Çəkilişlərə qaçıram, baxıram ciyərim, başqa yerim ağrayır. Amma deyirəm, eybi yox, xalq dua edəcək və sağalacağam. 





Geri qayıt