Yerli televiziya kanallarının son 5 günlük reytinqləri bəlli olub.
Yenilik.az xəbər verir ki, bu barədə aparıcı Turan İbrahimov sosial şəbəkədə paylaşım edib. Cədvəldə İTV-nin reytinqlərdə geri qalması xüsusi diqqət çəkib. Buna müğənni Murad Arif də şərh bildirib. “Bu qədər əziyyətlə İTV niyə “ARB Günəş”dən aşağıdır axı?”, - deyə, M. Arif Turanın paylaşımında qeyd edib.