"Qapıya papaq atmayın"

"Sosial şəbəkədəkilər də televiziyada olanları yayımlayır. Sosial şəbəkədə mahnını yayımlaya bilərsən".
Novruz adətlərindən danışan müğənni papaq atılmasını tənqid edib:
"Əvvəl torba atırdılar. İndi papaq atmaq rahat olub. Ənənəmizdə papaq atmaq olmayıb. İndi də papağa yazırlar ki, xahiş edirəm içinə pul qoyun. Eybi yox, olsun, amma yetər ki, torba atın. Ya da şal atın. Papaq atmayın. Mən pul qoymamışam, çünki sözdən xoşum gəlməyib. Şala da nə istəsən yığmaq olar".