"Atasız həyatıma öyrəşə bilmərəm"

Müğənni İlhamə Qasımova bir müddət əvvəl dünyasını dəyişən atası Hüseynəli ilə bağlı paylaşım edib.
Yenilik.az xəbər verir ki, müğənni atası üçün çox darıxdığını, onun yoxluğuna öyrəşə bilmədiyini yazıb:
"Pis günlərin ömrü az olur. Allah qara bayram keçirənlərə səbir versin. Bəli ağırdır, amma Allahın verdiyi ömrü geri aldıqda üsyan etməyə haqqımız yoxdur. Sadəcə çox darıxırıq… Heç vaxt atasız həyatıma öyrəşə bilmərəm... Canım atam, Allah sənə və bütün dünyasını dəyişmiş insanlara rəhmət etsin, günahlarını bağışlasın. Bir daha əzizlərinizin qədrini vaxtında bilin, ürəyinizdəkiləri söyləməyə gecikməyin".





Geri qayıt