Samirə "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasından yazdı

Samirə "Səs Azərbaycan: Doğma nəğmələr" başa çatdı, qalib komandanı təbrik edirəm. Dəyərli xalq artistimiz, əzizim Gülyaz Məmmədova və onun qalib iştirakçısı, sevimlimiz Zülfü Əsədzadəni qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız daimi olsun, qələbəniz mübarək".
Yenilik.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Səs Azərbaycan: Doğma nəğəmlər"lə bağlı paylaşımında yazıb. İfaçı məğlub olmasında, tələbəsindən bəhs edib:
"Digər iştirakçılar Türkay Məlikova və İlkin Dövlətzadə - bu qədər iştirakçının (çox güclü ifaçıların) arasından seçilib finala gəlmək özü də qalibiyyətdir. İnanıram ki, hər biriniz gözəl ifalarınızla, qazanacağınız böyük uğurlarınızla Azərbaycan musiqi sənətinə böyük töhfələr verəcəksiniz.
Dəyərli ustadlar - Gülyaz Məmmədova və İlqar Xəyal, sizinlə eyni layihədə iştirak etmək, qarşılıqlı doğma münasibətimiz, əlbir olaraq yalnız haqqa tərəfdarlıq etmək üçün qərar verməyimiz, rəqabət olmağına baxmayaraq bütün subardinasiyalara əməl edərək dostluq nümayişimiz mənə unudulmaz, xoş və şərəfli hisslər bəxş etdi".
Xatırladaq ki, yarışmada xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Zülfü Əsədzadə qalib olub. 


Geri qayıt