“Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir”

“Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir” Müğənni Nura Suri “Şəbnəm mahnılarında səsinə effekt qoydurur” fikirlərindən sonra Şəbnəm Tovuzlu ilə arasında yaranan gərginlikdən danışıb.
Yenilik.az xəbər verir ki, müğənni bildirib ki, Şəbnəm onun sözlərini düzgün anlayıb, amma gündəm üçün bu mövzunu qalmaqala çevirib.
Bu haqda NUra “MTV maqazin” verilişinə müsahibəsində deyib:
“Əslində, çox gözəl fikir bildirdim. Dedim ki, Şəbnəmin canlı ifasını eşitmişəm. Çox gözəl ifaları var və canlı gözəl toy aparır. Amma bəzi mahnılarında effekt qoyur... Ona görə də bəziləri tərəfindən qəbul olunmur. Ona istedadsız demək olmaz. Onun haqda yaxşı danışmışam. Ola bilsin ki, prodüseri və ya özləri istədilər ki, bu mövzu qalmaqala çevirilsin, bir az söz-söhbət olsun.
Düşünmürəm ki, Şəbnəm mən dediyim sözləri başa düşmədi. İnsan əgər bu qədər məşhurluq qazana bilibsə, demək ki, onun ağılı, düşüncəsi və dərrakəsi, hər şeyi yerindədir ki, o, bu səviyyəyə gəlib çıxa bilib. İnsana istedaddan əlavə intellekt, ağıl verilməlidir. Yəni, demirəm oxumuş... Ağıllı olmaq, oxumuş olmaq bunlar fərqli-fərqli şeylərdir. Düşünürəm ki, o, məni doğru başa düşdü, sadəcə bu “hype” idi, özü bilərəkdən etdi. Şəbnəmə hər mövzuda çox dəstək olmuşam. Amma belə etməsi mənim üçün müəmmalı qaldı. 
Hamımızın səhvi var və səhvsiz insan yoxdur. Kimliyindən aslı olmayaraq biri səhv edib, vurulanda, mütləq mən onun müdafiəsinə qalxıram. O insanla münasibət var, ya yoxdur... Şəbnəmin ətrafında söz-söhbətlər olanda ona dəstək olmuşam. Bu haqda onun özünə sual versəniz, özü sizə deyəcək”. 

Geri qayıt