"Evlənəndə həyat yoldaşımı sevməmişəm"

"İnsan yarı parasını tapana qədər sevməlidir. Uşaqlarımın anası kəliməsini sevmirəm. Xanımım, gözəlim, həyat yoldaşım olmalıdır. Uşaqlarımın anası - yəni, uşaqların xatirinə birlikdəsən".
Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Həmin Zaur" verilişində deyib. Müğənni həyat yoldaşı Təranədən danışıb:  
"Sevgiyə inanmamışam. İkinci ailəmi quranda xanımımı sevməmişəm. Evləndim, sonra sevdim".
Xatırladaq ki, Kərim və Təranə cütlüyünün Yusif adlı bir övladı var. 


Geri qayıt