"Uşaqlarım məni qısqanır, deyirlər ki, get onlarla otur"

"Yarım saat oxumaq 1,5 saat idman zalında məşq etməyə bərabərdir. Ona görə də arıqlamışam. Evdə dörd övlad, Rövşəni qatsaq 5 uşaq. Mərkəzdə isə 30 tələbə. Hamısının qayğısını çəkmək adamı fit saxlayır".
Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "MTV maqazin"ə açıqlamasında deyib. İfaçı tələbələrindən, övladlarının onu qısqanmasından danışıb:
"Uşaqlarım məni tələbələrimə qısqanır. Deyirlər ki, get, tələbələrinlə oturarsan, onlarla görüş, tortu onlarla kəs, restoranda onlarla otur, çayı onlarla iç. Körpədirlər, hələ başa düşmürlər ki, etməliyəm bunu. İstər-istəməz həftədə bir dəfə kiminsə klipi, layihəsi çıxır. Mən orada necə iştirak etməyim? Bir növ özüm ideya müəllifiyəm. İşi mən başlatmışamsa, sona çatdırmalıyam".





Geri qayıt