"Prezidentə dedim ki, film çəkilmir"

"Prezident sual verdi ki, Rasim müəllim, sən canlı Nəsimisən. Bu heykəl necədir? Rəssamlar da Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdir, bunlar batdı. Desə ki, yaxşıdır, gedib pullarını ala bilərlər. Dedim ki, cənab Prezident, yaxşıdır, amma... "Amma" deyəndə gördüm onlar ağardı... Dedim ki, cənab Prezident, film də çəkilmir, yaxşı pul versələr gəlib səhər, axşam duraram burada. Bərkdən güldü. İnsanlar elə başa düşdü ki, lətifə danışmışam. O sözlə də çatdırdım ki, kino çəkilmir".