Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO

Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb. [banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]


Buta.ws oxu.az-a istinadən xəbər verir ki, nazlı-qəmzəli sənətçi şəxsi “İnstagram” hesabında kilsədən foto yayımlayıb.



Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.



Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:



“Necə yəni, Xumar xristiandır?”, “Xumar, dininizi dəyişmisiz?”, “Xumar, nə üçün kilsəyə getmisiz?”, “Bəlkə yeni klip çəkdirirsiz?”...



Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova “susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.
Geri qayıt