Nüşabə Ələsgərli Fatimənin doğum gününə qatılmayıb

Nüşabə Ələsgərli Fatimənin doğum gününə qatılmayıb Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etməyən qonaqlardan gileylənib. 
Yenilik.az xəbər verir ki, rəqqasə bu haqda “Həyat tərzi” proqramında danışıb.
Fatimə bildirib ki, əməkdar artist Nüşabə Ələsgərlini gözləsə də, o, doğum gününə qatılmayıb:“Kərim demişdi ki, gəlməyəcəm, çünki məclisi var idi. Bir nəfər Nüşabə Ələsgərli idi ki, gəlmədi. Əslində, mən belə şeylərdən inciyən, bəhsə-bəhs yaşayan insan deyiləm. Misal üçün: Gülbahar Şükürlü məclisimə gəlmədi, amma bu gün onun ad gününə gedirəm. Sabah Zenfiranın doğum günü olsa, bilirəm ki, çağırmayacaq, amma mən yenə də iştirak edəcəyəm.
Bilirsiniz ki, hamının yaxşı və pis günündə yanında olan insanam və mənə Allah nə qədər ömür veribsə, həmişə də belə olacağam. Gələnlərin də canı sağ olsun. 50 nəfər çağırmışdım, 120 nəfər gəlmişdi”.

Geri qayıt