Nazpəri uzun illər sonra klip çəkdirdi

Nazpəri uzun illər sonra klip çəkdirdi Xalq artisti Nazpəri Dostəliyeva yeni layihələrə başlayır.
Yenilik.az xəbər verir ki, tanınmış müğənni bu barədə instaqramda məlumat verib. O, klip çəkilişindən foto paylaşaraq bunları yazıb:
“Uzun ayrılıqdan sonra sizi ürəkdən salamlayıram. Əzizlərim, mən inanıram ki, bu gündən mənim səhnə fəaliyyətimin davamına sevinəcəksiniz. Nə edəcəyəmsə, sizlər üçün edəcəm. İlk işimi sizə təqdim edirəm”.
Xatırladaq ki, son iki ildə Xalq artistinin əvvəl oğlu, daha sonra isə bacısı dünyasını dəyişib.

Geri qayıt