Elza Seyidcahanla bacısı arasında QALMAQAL: “Elza məni sevsin, mən niyə... "

Elza Seyidcahanla bacısı arasında QALMAQAL: “Elza məni sevsin, mən niyə... Əməkdar artist Elza Seyidcahan və bacısı Lalə Seyidcahan arasındakı qalmaqal hələ də davam edir.
Yenilik.az xəbər verir ki,  “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbər canlı yayım zamanı onları barışdırmağa çalışsa da, bu cəhdi alınmayıb. Onun Lalə Seyidcahana ünvanladığı “Bəs, Elzanı sevmirsən” sualına isə Lalə belə cavab verib:
“Elza məni sevsin. Niyə onu sevməyim, atamın, anamın qızıdır. O, bizi unudub. Hətta elə bilirdim bu dünyada yoxdur. Ondan soruşun görün rəfiqələri icazə verir mənə “salam” verməyə?”.
Müğənni bu cavabdan sonra bacısı ilə efirdə mübahisə etmək istəmədiyini deyib. Elza Elgizin “Bacınla barışmaq istəyirsən” sözlərinə “Həyatımla, bu hadisələrlə barışmışam” reaksiyasını verib.



Geri qayıt