Sevgili olduqlarını inkar etsələr də...

Sevgili olduqlarını inkar etsələr də... Türkiyəli aktrisa Afra Saraçoğlu ilə aktyor Mert Ramazan Demirin son paylaşımları diqqət çəkib.
Yenilik.az xəbər verir ki, haqlarında çıxan eşq iddialarını inkar edən ikili bayramı birlikdə keçirib. Onlar istirahətdən olan fotolarını instaqram hesablarında izləyiciləri ilə bölüşüblər.
Xatırladaq ki, bir müddət əvvəl Afranın keçmiş sevgilisi, aktyor Mert Yazıcıoğlu da tətilə yollanmışdı. O, yeni sevgilsi, həmkarı Dilan Çiçek Denizlə birgə istirahət etmişdi.
Qeyd edək ki, Afra ilə Mert hazırda "Yalı çapkını" serialında tərəf müqabilidirlər. Cütlek haqqında eşq iddiaları çıxandan sonra Yazıcıoğlu ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor isə bundan sonra Dilanla münasibətə başlayıb.






Geri qayıt