Sənubər İsgəndərova "zəngin oğlan kasıb qız" dedi

Sənubər İsgəndərova Əməkdar artist Sənubər İsgəndərova "O, yoxsa bu?" youtube layihəsinin qonağı olub. 
Yenilik.az xəbər verir ki, aktrisa sualları cavablandırıb, sənət adamlarına verilən qonorarlardan şikayətlənib:
"Qane etmir, əziyyətinə dəymir. Əziyyəti böyükdür. Çəkiliş bəzən 12, 17 saat olur. Bizdə hələ seriallar o dərəcədə inkişaf etməyib ki, yaxşı pullar ödənilsin. Ümid edirik...".
Aktrisa "Zəngiz qız, kasıb oğlan, yoxsa zəngin oğlan, kasıb qız" sualına "Hər ikisi psixoloji travmalara gətirəcək. Yəqin ki, zəngin oğlan kasıb qız. Qız zəngin olsa, oğlanın inanmıram qüruru qala" cavabını verib.  





Geri qayıt