Niyam xaricdən şimpanze gətizdirir - VİDEO

Niyam xaricdən şimpanze gətizdirir - VİDEO Müğənni Niyam Salami növbəti açıqlaması ilə marağa səbəb olub.
Yenilik.az xəbər verir ki, müğənni  xaricdə şimpanze gətizdirəcəyini açıqlayıb.
Müğənni, bu haqda ARB telekanalında yayımlanan “Günaydın Azərbaycan” proqramında danışıb.
İfaçı artıq meymunu sifariş verdiyini qeyd edib:
"Reklam üçün danışmıram. Belə şeyləri sevmirəm. Xaricdən şimpanze sifariş vermişəm. Gürcüstandan keçirdilib gətiriləcək. Bir layihəm var. Onun üçün lazımdır. Şimpanze yaxşıdır, o biri meymunlar oğrudur, cibgirdir. Evə adam gələr, oğurluq edər. Məsələn, üzüyü götürür, vermir. Deyirlər, tez-tez xəstələnirlər".
Həmin görüntüləri təqdim edirik:

Geri qayıt