Tolikin səhhətində problem yarandı

Tolik bildirib ki, bir neçə gündür ayağı səbəbsiz yerə şişməyə başlayıb:
“Bir az da məni sevməyənləri sevindirim. Ayağım 2 gündür heç bir zədəm olmadan şişib. Reabilitasiya mərkəzində müayinə keçdim. Hazırda müalicə alıram. Buna baxmayaraq, 2 gündür “Ümid ilə gəl” verilişinin canlı efirindǝyǝm. Burda bəzi mikroblara deyirəm ki, otağınızda danışdığınız rəfiqənizlə arzunuz içinizdə qalacaq. Mən itə-qurda yem olan Tolik deyiləm”.
