Aysunun keçmiş həyat yoldaşı Eşqin HƏBS EDİLDİ

Aysunun keçmiş həyat yoldaşı Eşqin HƏBS EDİLDİ Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Geri qayıt