“Türk mahnılarını məndən yaxşı ifa edən müğənni yoxdur“ - Video

“Türk mahnılarını məndən yaxşı ifa edən müğənni yoxdur“ - Video Müğənni Aygün Mahmudova Türkiyə türkçəsində ifa etdiyi mahnılardan danışıb. 
Yenilik.az Olay-a istinadla xəbər verir ki, ifaçı bu barədə "Xəbər ətər" proqramında söhbət açıb.
Onun sözlərinə görə, türk mahnılarını ondan yaxşı ifa edən müğənni yoxdur:
“Məclislərdə mənə deyirlər ki, ay Aygün xanım, elə bilirdik təkcə türk mahnılarını yaxşı oxuyursunuz. Heç kəs inciməsin, hazırda türk mahnılarını məndən yaxşı ifa edən yoxdur. Türk müğənnilər belə səhnədə mənə dedilər ki, dil və duyğular eyni deyil. Amma insana bu qədər əks-etdirə bilmək...
Bülent Ersoy “O qədər musiqiyə həssasıq ki, uçan milçəyi belə eşidərik” – deyib. Adam notu qarşısına qoyub nöqtə-vergülünə qədər qulaq asırdı”.

Geri qayıt