Elnarə həmkarlarını qınadı: "Möhkəm azara tutulublar"

"Televiziyaya baxa bilmirəm. Yəni, mənim buna gücüm yoxdur. Bir növ möhkəm azara tutulublar. Bədən şəkilləndirmə, üz dəyişmə xəstəliyinə. Məsələn, burun pis vəziyyətdə olar, onu əməliyyat etmək lazım gələr. Arıqlamaq itəyirsən, yemə. Buradan yeyib bu boytda olursan, sonra da gedib qarnının piyini çəkirlər. Buradan yığıb o yana yapışdırırlar. Heç kimə də lazım deyil. 70 ildir belə oxuyursan, indi qarnını kəsdirəndə guya nə olacaq ki? Daha sənin qatarın getdi. Bundan sonra arıq görsəndin nə var, arıq görsənmədin? Yaş da gedib, baş da gedib.
Bir də arzulayıram ki, oxuya bilməyənləri gətirib başımıza çıxarmayın. Oxuyanlar yazıqdır. Səsi olmayanları gətirib səsi olanların başında əyləşdirməyin. Allahınız olsun".