“Başımdakı meyvələrlə fəxr edirəm” - Elza

E. Seyidcahan iştirakçının fəsilə uyğun geyinmədiyini deyərək qarşı tərəfi tənqid edib. Lakin bu sözlər Romanın heç də xoşuna gəlməyib. Bəstəkarın iradına cavab olaraq iştirakçı “Mən başımda meyvəylə gəzmirəm ki...” – deyə sərt sözlərdən istifadə edib.
Romanın sözlərinə cavab olaraq isə bəstəkar bu cavabı verib:
“Mən başımdakı meyvələrlə həmişə fəxr edirəm. O, bir sənətkarın obrazıdır. Hər halda üzr istəyirəm, bədəninizə döymə etdirməkdənsə... Bədənini bu hala salmaqdansa, başına meyvə qoysaydın, ondan min dəfə yaxşı olardı”.