"Bu vəfasız həyatda ən vəfalı yol yoldaşım"

Aparıcı Vüsalə Əlizadə qızı ilə bağlı paylaşım edib.
Yenilik.az xəbər verir ki, övladıyla fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşən Vüsalə onu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib:
“Gözümün nuru, can yoldaşım, bu vəfasız həyatda ən vəfalı yol yoldaşım, sevgisindən güc aldığım mələyim günün mübarək. Hansı yaşda olsan da, mən var olduqca gözümdə uşaqsan. Sayəndə mən də doya-doya yaşamadığım uşaqlığımı yaşayıram. Səninlə böyüyürəm, bu həyatı öyrənirəm. Səni, dünyanın ən böyük sərvətini verən Allahıma şükürlər olsun”.
Geri qayıt