Pərvin ağladı: "Həyatımı ailəmə qurban vermişəm" - VİDEO

"İlk dəfədir deyirəm, bunu bir də danışmayacağam. 32 yaşım var, həyatımı ailəmə qurban vermişəm. Elçim də, nişanlım da olub. Məni başqa cür tanıya bilərlər. Ərə getseydim, ailəmə, kiçik qardaşıma heç kim baxmayacaqdı. Atam yanımızda yox idi. Onları böyütmək üçün, yaxşı yaşasınlar deyə, özümü qurban vermişəm. Pisəmsə, qoy olum. Nə etmişəmsə, onların yaxşı yaşaması üçündür".
Qeyd edək ki, Pərvin bu sözləri model Səmra Hüseynovaya əsəbiləşdiyi üçün deyib.