Təranə Qumral: "Qadınlar gərək kişiləri yola versin"

Təranə Qumral: Təranə Qumral və Musa Musayev eşqlərini bir-birilərinə yenidən etiraf ediblər. 
Yenilik.az Olay-a istinadla xəbər verir ki, cütlük “Gül kimi şou”ya qonaq olarkən sevgi hekayətlərini danışıb.
T. Qumral kişilərin nazı ilə oynamağın vacibliyindən danışıb:
“Kişilər uşaq kimidir. Qadınlar gərək kişiləri yola versin. Yeməyinə, içməyinə diqqət yetirməlidirlər. Bizim heç vaxt ayrılığımız olmayıb. Dalaşsaq da, danışmışıq. Ayrılığımız Sevgimi (qızı – red) hazırlığa aparanda olur. İndiki gənclər belə sevə bilmir”. 
Onun sözlərinə Musa Musayev əlavə edib: “Bütün gənclərə arzu edirəm ki, ürəkdən sevsinlər. İndikilər hər şeyi maddiyatda görürlər. Mən həmişə canıma baxanda gözlərim ürək formasında olur”.

Geri qayıt