"Türkiyə lideri mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq” - VİDEO

Yenilik.az xəbər verir ki, Azərin Ərdoğanla bağlı xatirəsini "Sabah"la bölüşüb.
O bildirib ki, Rəcəb Tayyib Ərdoğan Baş nazir olanda Azərbaycana gəlib və ona bu sözləri deyib: "Gülüstan" sarayında "Çırpınırdı Qara dəniz" mahnısını ifa edəndən sonra mənə yaxınlaşdı və heç vaxt unutmayacağım bir cümləni dedi: "Azərin xanım, söz verirəm, biz Azərbaycan bayrağını Qarabağda asacağıq!"
Qeyd edək ki, bu dəfə Azərin "Çırpınırdı Qara dəniz"i səsləndirərkən "Azərbaycan bayrağını Qarabağda asmışıq" kimi ifa edib.