Təranənin qızı anasından imtina etdi - Video

Təranənin qızı anasından imtina etdi - Video "Düşünürəm ki, Təranə Səmədova zəiflədi, bu həyatı yaşayır. İkinci həbsxanaya düşməmişdən əvvəl onunla barışmamışdım, sadə cə məndən kömək istəmişdim. Onunla danışdım".
Yenilik.az Bizim.media-ya istinadla xəbər verir bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "YouTube"da yayımlanan "Qırmızı" layihəsində deyib.
Sənətçi hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovaya məsləhət mesajı yollayıb:
"Buradan Təranəyə sadəcə bir söz deyəcəm, ağıllı olsa və dediklərimi eşitsə, Azərbaycan qanunlarına əməl etsə, mənimlə birgə ona köməklik etmək istəyən bir çox xanımlar var".
Rəqsanə Təranənin 14 yaşlı qızı Suelin anasından imtina etməsinə belə münasibət bildirib:
"Mən də, Aysun da o uşaqla danışırıq. Ona deyirəm ki, qızım, hər şeyi Allah görür. 3 ildən sonra 18 yaşın olacaq. Anan səni vursa da, söysə də, anandır, səni dünyaya gətirib, 9 ay bətnində gəzdirib. Sən dunyaya gələnə qədər ananın övladı yox idi. Övlad üçün çox çəkib. Ona görə də sən hər zaman anana sahib çıxmalısan”.

Geri qayıt