"Günahsız heyvanı qurban etməyə ehtiyac görmürəm" - Nura Suri

Yenilik.azxəbər verir ki, bunu müğənni Nura Suri özünün sosial şəbəkə hesabında yazıb.
Sənətçi Qurban bayramından gileylənib:
"Bu gün heç kəsi təbrik etməmişəm. Məni tanıyanlar bilir heyvanlara olan münasibətimi. 7-8 ildir ət yemirəm. Qurban olan yerdə bayram necə ola bilər axı? Yaxşılıq etmək üçün günahsız heyvanları qurban etməyə ehtiyac görmürəm. Subyektiv fikrimdir. Əksini yazmasanız da olar.
Qısa yazıram, dərinə getmək istəmirəm. Hərənin bir doğrusu, bir seçimi vardır. Sizin seçiminizə hörmətlə yanaşıram. Siz də eynisini edin. Məni təbrik etməyin, xahiş edirəm".