"İstəyərəm maşın yox, təyyarə sürərəm”- Gülay Zeynallı

Müğənni Gülay Zeynallı açıqlaması ilə gündəmə gəlib.  
Yenilik.az xəbər verir ki, sənətçi MTV telekanalında qonaq olduğu "Səhərin səsi" verilişində qazancından danışıb. O, müğənnilikdən yaxşı pul qazandığını etiraf edib:
“Bu gün xalq mahnıları oxuyan gənclər arasında daimi toylara dəvət alan 5 nəfər varsa, onlardan biri də mənəm.İşimdən razıyam, heç kimin çörəyini yemirəm. Heç kimin qazancı ilə həyatımızı başa vurmuruq. Yetərincə işim var. İşləyirəm, əziyyətimdir. İstəyərəm bu gün maşın sürmərəm təyyarə sürərəm. Bunun heç kimə aidiyyatı yoxdur” deyə, Gülay bildirib.
Geri qayıt