Aysel Əlizadə: “Ailə qurmaq və övlad sahibi olmaq istəyirəm”

Müğənni ailə qurmaq və övlad sahibi olmaq istədiyini bildirib:
“Ailə qurub, övlad sahibi olmaq istəyirəm. İllərdir özümə bunu arzulayıram. Bir dəfə Elnurun (stilist Elnur Həsənov - red.) yanında dedim ki, bu il sizinlə qeyd edəcəyim sonuncu ad günümdür. Bitdi, ərə gedəcəyəm. Məqsədim var. O da qayıtdı ki, elə bizimlə keçirəcəksən. Yenə qaldım. Bu il isə fərqli hiss keçirirəm, olacaq”.