Təranə və Musa Öpüş Gününü qeyd etdilər

Təranə və Musa Öpüş Gününü qeyd etdilər
Təranə Musayeva və Musa Musayev Dünya Öpüş Gününü qeyd edib.
Yenisabah.az xəbər verir ki, hazırda Siyəzəndəki "Qalaaltı" oteldə istirahət edən cütlük bu barədə sosial şəbəkə hesabında paylaşım ediblər.
Bir-birini öpüşlərə qərq edən sənətçilər izləyicilərinin Öpüş Gününü təbrik ediblər.
Qeyd edək ki, Dünya Öpüş Günü hər il 6 iyulda dünyanın 60-dan çox ölkəsində həvəskarların keçirdiyi qeyri-rəsmi beynəlxalq bayramdır. Bu bayram Britaniya adalarında milli öpüş günü kimi yaranıb, daha sonra isə internet sayəsində dünya statusu qazanıb.
Ümumdünya Öpüş Günündə bir çox ölkələrdə müxtəlif müsabiqələr keçirilir - "ən uzun öpüş", "ən gözəl öpüş" və s. Minlərlə insan bu müsabiqələrdə iştirak etmək üçün həmin gün şəhərlərin əsas meydanlarına çıxırlar.
Geri qayıt