Vəfa Şərifova az qala ayaq altında qalacaqdı - Vİdeo

Vəfa Şərifova az qala ayaq altında qalacaqdı - Vİdeo Vəfa Şərifovanın başına iş gəlib. 
Yenilik.az Bizim.media-ya istinadla xəbər verir ki, Masallıda konsert proqramı ilə çıxış edən müğənniyə sənətçiyə pərəştişkarları hücum çəkib.
Əvvəlcə ifalarını sərgiləyən Vəfa səhnənin kənarında dayanan və onu seyr etməyə gələn tamaşaçılarla şəkil çəkdirib. Bundan sonra Şərifova səhnədən enərək tamaşaçıların arasına qatılıb. Müğənnini yaxından görən fanat ordusu onun üzərinə yürüyüb. 
V. Şərifova fanat selindən bir anlıq özünü itirib və nə edəcəyini bilməyib. Tamaşaçıları arasında qısılan müğənninin köməyinə mühafizə xidməti gəlib. Onlar müğənnini pərəştişkarlarının əlindən almaq üçün xeyli güc sərf ediblər. Sonunda Şərifovanı onların arasında ayıraraq kulisə doğru aparıblar.
Həmin görüntülər isə sosial şəbəkələrdə yayılaraq izləyicilər tərəfindən maraq və təəccüblə qarşılanıb.

Geri qayıt