"Öyrənmisiniz dodağı böyük..." - Rafael İsgəndərovun qızı ƏSƏBİLƏŞDİ

Yenilik.az xəbər verir ki, bu sözləri Əməkdar artistin Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova deyib.
Dindar olan Gülarə qapalı geyimini bəyənməyib ona irad bildirən izləyicilərini tənqid edib. Bloger geyimlərinin normal və İslam adətlərinə uyğun olduğunu bildirib:
"İstədiyim paltarı istədiyim yerə toya, dükana geyinə bilərəm. Bu mənim üçün problem deyil. Sizin üçün də problem olmamlıdır. Mən "Fashion bloger" deyiləm ki, burada mənim geyimlərim müzakirə edilsin. Mənə belə rahatdır. İstəsəm bir paltarı 1 gün, istəsəm 10 gün də geyinərəm. Bu heç kimin işi deyil və heç kim buna qarışmamalıdır".
Xatırladaq ki, Gülarə İsgəndərova evlidir. Onun bir azyaşlı qızı var.(baku.vs)