Şeyx efirdə erotik söhbət edən Roza Zərgəlini “yıxıb-sürüdü”: “Orasını-burasını göstərir, ya da...”

Mövzu ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik.
Xalq artisti Bizim.Media-ya açıqlamasında Roza Zərgərlini sərt tənqid edib:
“Roza Zərgərlinin bu cür danışmasında təəccüblü heç nə yoxdur. Çünki, Roza nə bilir sənət nədir?! Ona görə də bildiyi şeydən danışır. Günah Rozada deyil. Günah onu çəkilişə dəvət edəndə, bir də bizlərdədir. Belələrini toylarımıza çağırıb, yarım saatına 3-4 min pul verəndə onlar da özlərini böyük sənətkar sayacaqlar da… Onlar da efirə çıxanda ya orasını-burasını göstərir, ya da bu cür tərbiyəsiz söhbətlər edirlər”.