
Rəna Ağamuradovanın (Renka) sosial şəbəkədə paylaşdığı status meyxanaçı Vüqarın müzakirə mövzusuna çevrilib.
Yenilik.az-ın xəbərinə görə, Renkanın sosial şəbəkə hesabında yazdığı “Bakıda o qədər səviyyəsiz, tərbiyəsiz sürücülər var ki... Artıq onlarla mübarizə aparmağa gücüm yoxdur. Bakıda bunların əlindən maşın sürmək nədir, yaşamaq belə istəmirsən” şərhini meyxanaçılar lağa qoyub."Renkanın deyəsən "ilanboğan" vaxtları yadından çıxıb. İndi bir dənə avtomibl almısan, gözün ayağının altını görmür?".
Qeyd edək ki, Renka açıqlamasında "Bakıda o qədər səviyyəsiz, tərbiyəsiz sürücülər var ki... Artıq onlarla mübarizə aparmaq gücüm yoxdur. Bakıda bunların əlindən maşın sürmək nədir, yaşamaq belə istəmirsən. Mən niyə hər gün stress yaşamalıyam axı" sözlərini demişdi.