"German Hospital" bağlanmamış, əl çəkən deyiləm" - Roza Zərgərli

"Mayın 2-də mən və yaxın bir insanımı əməliyyata saldılar. Klinikanın rəhbəri gəlib, əlini-əlinə çırpıb pulu istəyirdi. Pulumu verdim, əməliyyatımı etdirdim. Yaxınım əməliyyatın ortasında narkozdan ayılıb, həkimlərə əl atıb. Mən isə iki gündən sonra reanimasiyadan çıxdım. Mayın 7-də konsertə getməli idim, getdim. 20 dəqiqə orata oturandan sonra çadır başıma fırlandı. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarnıma dolub. Əgər mən dar paltar geyinməsəydim, ağrım olmasaydı çirk, maye qarnıma yığılıb, bir gecə öləcəkdim. Sonra da hamı deyəcəkdi ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdim, təcili yardım maşını məni evə gətirdi bə Aslan həkimi çağırdı. Dedi ki, heç nə olmayıb. Sonra başıma bir iş gəldi, özümdən getdim, 20 dəqiqə sonra ayıldım. Bir neçə dəfə belə oldum. Rəfiqəm dedi ki, məcbur həkimə aparılmalıdır, yoxsa öləcək. Məlum olub ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan və klinikanın rəhbəri İlham həkim insanöldürənlərdir. Hər iki həkimə deyirəm ki, təzminat ödəyin.
Xəstəxana heyəti kasıb, başı çıxmayan adamların pulunu yeyə bilər. Həkimlərin lisenziyası alınmamış, klinika bağlanmamış əl çəkən deyiləm".