Nura Suri məktəbli formalarının bahalığından gileyləndi

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. Sənətçi məktəb geyimlərinin bahalığından gileylənib:
"Məktəb ləvazimatları da baha, geyim də. Ümumiyyətlə, 300-500 azn maaş alan ailələr necə dolansın? Marketlərdə qiymətlər hər gün qalxır. Ərzaq baha, geyim baha, maaş az. Kommunaldan heç danışmıram. Pensiya ilə dolananlar nə yeyir, kommunalı necə ödəyir? Bir əlacı var bu problemin? Millət vəkillərinə ünvanlayıram bu sualı. Dostluğumda olanlar cavablandırsın heç olmasa…"