Təranəyə deyilməyən söz qalmadı – “İyrənc və səliqəsiz görünür” - Video

Təranəyə deyilməyən söz qalmadı – “İyrənc və səliqəsiz görünür” - Video Müğənni Təranə Qumralın dırnaqlarının görünüşü tənqid atəşinə tutulub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında parfüm markalarından birini reklam edən ifaçı kamera önünə keçib.
Bu zaman onun hədsiz uzun dırnaqları izləyicilərin sərt qınağına tuş gəlib.
Onlar 57 yaşlı sənətçiyə bu cür dırnağın yaraşmadığını yazıblar:
"Hər şey həddində gözəldir. Dırnaqların müəyyən qədər uzunluğu ələ səliqəli görünüş verir. Amma bu qədər uzun olması həqiqətən iyrənc və səliqəsiz görünür", "Bu nədir, "Babayaqa" əllərinə oxşayır" , "Vallah, bu dırnaqlardan adam iyrənir", "O caynaqları kəsin".
Müğənni yazılan tənqidi şərhləri cavabsız qoyub.

Geri qayıt