Meyxanaçı Rüfət Nasosnu aktrisa Pərvin Abıyevanın "Edəcəklərim qarşısında şeytan əlimi öpər" sözlərinə reaksiya verib.
Yenilik.az Axşam-a istinadla xəbər verir ki, meyxanaçı deyib: "Belə şeylərə baxıram, fanatıyam. Elə bil Pərvində özümü görürəm". Rüfət daha sonra meyxanaçılardan bəhs edərək bildirib: "Hərdən meyxanaçılar var ki, danışanda dindən, imandan danışırlar. Bir də görürsən ki, elə adamı, elə şəkli bəyənirlər ki, eyibdir".