Nadir Qafarzadə qəzəbləndi: "55 yaşı var..."

İfaçı Mahsunun şortiklə səhnəyə çıxmasına qəzəblənib.
"55 yaşı var, cavanlıqda şortik geyinməyib axı. Özü də pop ifaçısı deyil, arabesk oxuyur. Bizim müğənnilər şortik geyinsəydi, vedrə, ləyən, vanna bağlamışdılar".
Nadir Qafarzadə daha sonra izləyiciləri barədə təhqiredici ifadələr səsləndirib. Müğənninin bu davranışı izləyicilərin qəzəbinə tuş gəlib, sərt tənqid olunub.