Səhnə ilə vidalaşır! Kəndə köçəcək, namaza başlayacaq

60 yaşında namaza başlayacağını deyən Ortaç qərarının qəti olduğunu vurğulayıb: "Namaza başlayacağam, amma vaxtı deyil. 60 yaşımda başlayacağam. İndi namaz qıl, axşam səhnəyə çıx, içki versinlər. Bu həyatda məni ən xoşbəxt edən nədir? Heç nə məni xoşbəxt etmir. Allahın rəhməti məni sevindirə bilər".