"Əriniz xəyanət etsə də, ayrılmayın" - Əməkdar artist

Yenilik.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova izləyicilərinin suallarını cavablandırarkən yazıb. Xanəndə ayrılıqdan, şəxsi həyatından bəhs edib.
Nigar "Ayrılmaq istəyirəm, iki övladım var. Onlara görə ayrıla bilmirəm" sualına belə cavab verib:
"Ayrılıq qərarı çox çətindir. Xəyanət üçündürsə, övladlarınıza görə keçin. Kiminlə sevgili olsanız da, evlənsəniz də təkrarı olacaq. Düz danışdığım üçün həmişə pisəm. 95 faiz belədir. Övladınızı hansısa yüngül əxlaqlı birinə qruban etməyin. Amma əl qaldırırsa, gecəni gəlmirsə, təhqir edirsə həmin əli onun gözünə soxun, polis çağırın, rədd edin. Uşaqlarınız da sağlam böyüsün. Qadını alçaldan kişinin yeri qanun qarşısıdır".