Tolikə qarşı dələduzluq edən şəxs saxlanıldı

Tolikə qarşı dələduzluq edən şəxs saxlanıldı Aparıcı və prodüser Tarix Əliyevə (Tolik) qarşı dələduzluq edən şəxs saxlanılıb.
Yenilik.az xəbər verir ki, bu barədə T.Əliyev “İnstagram” hesabında məlumat verib. 
"DİN-nin bütün əməkdaşlarına təşəkkür edirəm. Şikayətim böyük məsələ olmasa da, tez bir zamanda reaskiya verildi. Mənə qarşı dələduzluq edən, pulumu alıb, işini təhvil verməyən "qrafist" tapıldı. Həm mənə qaytarmadığı məbləğ, həm də qanun qarşısında izahatı alındı. Bəzən sosial şəbəkədə düşünürlər ki, kimisə aldatsalar məsələ elə belə də qalacaq. Amma DİN bu halların qarşısını alır".






Geri qayıt