“Dost sandıqların bir az da əclafa çevrilir” - Rövşanə

“Dost sandıqların bir az da əclafa çevrilir” - Rövşanə Tanınmış teleaparıcı Rövşanə Ağasəfqı ona pislik edən, sadiq olmayan “maskalı” dostlarını hədəf alıb.

Yenilik.az xəbər verir ki, aparıcı  bu barədə sosial şəbəkədə paylaşım edib.
O, ad çəkmədən ona pislik dostları haqda belə yazıb:
“Situasiyalar tanıdır insanları, zaman yox. Yıxılanda əlindən tutanların da, bir az dərinə itələyənlərin də siması gün kimi aydın olur. Yırtılır, cırılır maskalar. Uzaq bildiklərin dosta, dost sandıqlarınsa, bir az da əclafa çevrilir. Situasiyalar format olunmaq üçün əla səbəbdir.
Qaldı cırılan maskalara… Sahibləri yusun, qurutsun, saxlasın. Hər saatın bir hökmü var. Gördünüz vəziyyət dəyişdi, taxıb şellənərsiniz yenə”.
Qeyd edək ki, teleaparıcı bir neçə gün öncə uzun illər çalışdığı “Space”TV ilə yollarını ayırıb.
Geri qayıt