Xoşqədəmin “Gizli yara”sı

Yenilik.az Olay-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Baxşəliyeva baş prodüseri olduğu “Gizli yara” serialı haqda söz açarkən deyib.
X. Baxşəliyeva ona atılan daşlara heç vaxt fikir vermədiyini vurğulayıb: “Tam əksi enerji, güc aldım, o daşların üzərində rəqs edərək irəlilədim. Çox şükür, uğursuz heç bir işim olmadı. Allah böyükdür, çəkilən əməyi qarşılıqsız qoymur. Yolun düz, niyyətin təmizdirsə, uğur səninlədir”.
O, rejissor və aktyor Kənan Mahmudovla yeni işbirliyi qurduğunu və serial sektoru ilə bağlı planlarının olduğunu da vurğulayıb.