“Cəbhə hakimiyyətə gələndə məni AzTV-dən çıxardı” - Brilliant Dadaşova

"Qarşımı kəsmək istəyən insanlar olub. O zamanlar bəstəkar Rafiq Babayev mənə atalıq, qardaşlıq edib. Bəzi şeyləri Rafiq müəllimə deməyə utanmışam kı, mənə nələrsə söylədilər və ya evimizə zəng gəldi... Amma zaman tapıb bunlar az da olsa Rafiq müəllimə sızdırırdım. 1986-cı ildə universitetdə oxuduğum illərdə Rafiq Babayev məni Azərbaycan Televiziyasına solist götüzdürdü. Hələ birinci kursu bitirməmiş AzTV-nin solisti idim. Çox gözəl günlər idi... Böyük şərəf idi ki, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun solist olduğu məkandayam.
Sonra “cəbhə” gəlib məni AzTV-dən işdən çıxartdı. 1988-ci ildə “Haydı-haydı igidlərim birləşin” mahnısını oxumuşdum. O zamanlar AzTV-nin rəhbərliyi mənə bu mahnını oxumağıma görə, töhmət verdi. Dedilər ki, bir daha belə şeylər təkrar olmasın".
Dadaşova Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra yenidən AzTV-də solist kimi çalışmağa başladığını əlavə edib.