Vüsalənin verilişini Nanə aparacaq

Vüsalənin verilişini Nanə aparacaq Aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" verilişinin yayımı dayandırılıb. 
Yenilik.az Axşam-a istinadla xəbər verir ki, bundan sonra o, axşam verilişi ilə tamaşaçı qarşısına keçəcək və ATV-də "7 tamam" proqramına aparıcılıq edəcək. 
Əvvəllər saat 19-da "7 canlı" şousu efirə gedirdi. Proqrama uzun illər Vüsalə Əlizadə aparıcılıq edirdi. Ötən mövsüm isə o, kanaldan ayrılıb. Verilişə bir müddət İlhamə Bədəlova aparıcılıq edib.

Geri qayıt