Nazilə telefonu Zaurun üzünə söndürdü - Video

Nazilə telefonu Zaurun üzünə söndürdü - Video Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında aralarında qalmaqal yaşanan şair Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyevanı barışdırmaq istəyib.
Yenilik.az xəbər verir ki, rəqqasə proqrama qonaq gəlib, aparıcı canlı efirdə Nazilə Səfərliyə zəng vurub.
Z. Baxşəliyev küsülülüyə son qoymalarını istəyib. Ona qulaq asan şairə isə "Zaur, nitqin bitdisə, salamat qal. İnşallah xeyir işlərdə görüşərik" cavabını verərək telefonu onun üzünə söndürüb. 
Xatırladaq ki, Nazilə Səfərli Fatimə Fətəliyevaya keçirilən Apellyasiya Məhkəməsində də qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.  

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Məhkəmə şairin istədiyi 50 min manatlıq təzminatı isə 500 manata düşürdüb.
Geri qayıt