“Sevgilimdən ayrıldım” - Pərvin

“Sevgilim var idi, amma ayrıldım. Belə lazım idi. Çünki daha yaxşısı olacaq. Daha gözəl həyat məni gözləyir. Mən sevgi ilə gözəlləşirəm, qidalanıram və yaşayıram. Tək sevgi yox, eyni zamanda qayğı və diqqət. Bu il özümə ağ gəlinlik geyinməyi arzulayıram. Necə olsun ki, mən qazanım, amma o çulsuz, heçnəsiz bir insan olsun. Qürurlu insan bunu özünə sığışdırmaz. Mənim önümdə ailəsini saxlayan bir insan olmalıdır. Mən onu yox, o məni saxlamalıdır. İnsan sevdikcə cavanlaşır. İnsan gərək hər zaman sevib, sevilsin.
Ətrafımdan ən boyük istəyim, hər zaman məni sadəcə təmiz və saf sevin. O sevginin təmiz olduğunu görsəm nəyin ki, pulumu, varımı, hətta canımı, ürəyimi çıxararam verərəm o insana. Çünki mən sevgiyə ac bir insanam”.