Məşhur müğənninin atası xəstəxanadan qaçdı

17 gün xəstəxanada qaldıqdan sonra müğənni xəstəxananı tərk etmək qərarına gəlib. O, bunu şəxsi həkimin rəhbərliyi altında müalicə olunmaq istəyi ilə izah edib. Həkimlər sənətçiyə antibakterial müalicəni davam etdirməyi tövsiyə ediblər.
Oktyabrın sonunda Bedros Kirkorovun təcili tibbi yardıma ehtiyacı olduğu bildirilib. Qeyd olunub ki, Rusiyanın 91 yaşlı xalq artisti səhər tezdən evdə özünü pis hiss edib. Astma tutması səbəbindən o, boğulmağa başlayıb və təcili yardım çağırıb.